Burada təbii olaraq sualın cavabını yəqin ki, səfər dəvətinin gəldiyi Qazaxıstan tərəfində axtarmaq lazımdır. Maraqlıdır ki, Ermənistanın müdafiə naziri Qazaxıstanın KTMT-nin, İrəvanın narazılığını ifadə etdiyi blokun üzvü olduğunu və Qazaxıstanın Azərbaycanla yaxın münasibətini, eləcə də Türkdilli Dövlətlər Təşkilatına üzvlüyünü nəzərə alaraq, dəvətdən imtina etməyib. Bütün bunlarla yanaşı, İrəvan Astananın dəvətini qəbul edib və Papikyanın səfəri onu deməyə əsas verir ki, dəvətin gündəliyinin əhəmiyyəti İrəvanda da geniş şəkildə başa düşülüb.
Qazaxıstanla bağlı müşahidələrdə bəlkə də bir nüansı unutmaq olmaz. İki il əvvəl, məhz yanvar ayında Ermənistanın KTMT-yə sədrliyi ilə qeyri-sabitlik yaşanan Qazaxıstanda vəziyyəti sakitləşdirmək üçün KTMT kontingentini yerləşdirmək haqqında qərar qəbul edildi. Bir neçə gün sonra kontingent geri çəkildi və bu, problemlərin həll olunduğundan xəbər verdi. Bununla vəziyyətin sabitləşməsindən başqa hansı problemlərin həll olunduğunu təxmin etmək olar.
Üstəlik, 2022-ci ilin yanvarında, Rusiyanın fevralda Ukraynaya müdaxilə etmək qərarı ərəfəsində Qazaxıstanda vəziyyətin bu şəkildə gərginləşməsi və əslində Ukraynadan əvvəl KTMT kontingenti ilə Qazaxıstana “yüngül müdaxilə” baş verməsi diqqətəlayiq idi. İrəvan isə onun sədrliyi və “təşəbbüsü” ilə KTMT mexanizminin işlədiyini vurğulamaqla, bu halın Ermənistan üçün də keçərli olmasını təmin etməyə çalışırdı. Təbii ki, bir neçə aydan sonra İrəvan KTMT mexanizmini öz təxribatçı məqsədləri naminə istifadə edə bilməyəcəyini anladı.
Təbii ki, iki ildir davam edən hadisələrdən sonra çoxlu sular axdığını, yeni şəraitin formalaşdığını nəzərə alaraq, erməni nazirin Qazaxıstan səfərindən yayınmayaq. Bunların arasında bəlkə də qeyd etmək yerinə düşər ki, Fransanın diqqəti həm Qafqaz, həm də Mərkəzi Asiya istiqamətində artıb və bir neçə ay əvvəl Fransa Prezidenti Makron Mərkəzi Asiyaya, xüsusilə Qazaxıstan və Özbəkistana əlamətdar səfər edib.
Makronun səfərinin əsas məsələlərindən biri, əlbəttə ki, Fransanın Afrikada bu perspektivlərini itirdiyini nəzərə alsaq, Fransa üçün həyati əhəmiyyət kəsb edən uran tədarükü perspektivlərini təmin etmək idi. Eyni zamanda Fransa Prezidenti Qazaxıstanda çıxışında Mərkəzi Asiyadan Avropaya gedən nəqliyyat marşru6tlarından danışıb. Buna görə də İrəvan-Paris kommunikasiyasını, xüsusən də son dövrdə Papikyanın orada iştirakının nəzərə çarpdığını nəzərə alaraq, sual yaranır: Daha geniş inkişaflar kontekstində Qazaxıstanın dəvətinin gündəm prioritetlərində Fransa istiqamətinə də toxunulubmu? Qazaxıstan buna KTMT ölkəsi kimi, yoxsa TDT ölkəsi kimi toxunub?
Aqil Məmmədov
Ordu.az